Üç ilə yaxındır axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Oman Sultanlığının vətəndaşı Zakariya Abdullah Hassan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq –külli miqdarda ziyan vurmaqla törədikdikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasına baxmayaraq, məsuliyyətdən yayınmağa cəhd edib.
Cinayətkar 3 ilə yaxın müddətdə paytaxtda, eləcə də respublikanın digər bölgələrində gizlənməyə çalışıb.
Qəbələ RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri Bakı şəhərində müəyyən edilərək saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.