Novxanı çimərliyində qan düşdü: Kişi arvadını və onun oğlan tanışını bıçaqladı

Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Novxanıda dəniz sahilində qeydə alınıb.

Belə ki, 1993-cü il Ramilə Abdulrəhimova çimərlikdə ailə-məişət zəmnində mübahisə zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Ramilə Abdulrəhimova oğlan tanışı ilə birgə dənizdə olarkən əri onları görüb.

O, əvvəl oğlanı, sonra isə arvadını bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ