Daha iki məmur işdən çıxarıldı - Məsuliyyətə cəlb edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbəsinin müfəttişləri həbs edilib.

Laçın Hərbi komissarlığının müfəttişi Ramil Həsənov və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri maddəsi ilə təqsirləndiriliblər.

Onlar barəsində məhkəmə qərarı ilə vəzifələrindən kənarlaşdırma şərtilə polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Xaçmaz rayonunun hərbi komissarı həbs edilib.

Hərbi komissarlar çağırışçıların sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almaqda ittiham edilirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ