“Belarusun nəzarətçisi” Lotu Qulinin qisasını almaq istədi, həbs edildi

Mərhum Nadir Səlifov (Lotu Quli) ilə dostluq edən “Kuşner” ləqəbli qanuni oğru Aleksandr Kuşnerov Lotu Qulinin ölümündə iştirak edənlərin qətlini sifariş verdiyi üçün saxlanılıb.

“Kuşner” “Belarusun nəzarətçisi” titulunu daşıyır və ölkənin əsas kriminal avtoriteti hesab olunur. Qulinin ölümündən sonra o, qatillərdən qisas alacağı ilə bağlı onun məzarı üstündə and içib.

Belaruslu avtoritet bunun üçün xüsusi killərlər sifariş verib və onların təlim keçmələri üçün hər birinə görə 10 min dollar ayırıb. Bundan əlavə o, Qulinin ölümündə iştirak edən hər bir şəxsin qətlə yetirilməsinə görə 300 min dollar vəd edib. Lakin sui-qəsd cəhdi uğursuz olub və “Kuşner” müttəhimlər kürsüsünə düşüb. Onu Belarus qanunvericiliyində nəzərdə tutulmuş 8 il həbsdən edam hökmünə qədər cəza gözləyir.

Qeyd edək ki, Lotu Quli 2020-ci il avqustun 20-də Antalyada mehmanxanada Xan Əhmədli ləqəbli Xaqan Zeynalov tərəfindən öldürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ