Məhkəmə arvadını və qızını öldürən Fəridlə bağlı qərar verdi

Qobuda 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı qətlə yetirməkdə ittiham olunan Fərid Hüseynli barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluqdan xəbər verilib.

Qeyd olunub ki, iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ