Bu gün saat 16 radələrində Sumqayıt şəhərində qətl törədilib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, evlərin birində 1987-ci təvəllüdlü Muradova Leyla Bəhrəm qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Muradov Balafər Əlifağa oğlu polisə gələrək təslim olub. O, saxlanılıb.
Araşdırma aparılır.