Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı - video

Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

“Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur”, - rəsmi məlumatda bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ