Sabiq məmuru şantaj edən qaynına ağır cəza verildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini Rafael Rəhmanovu şantaj etməkdə ittiham olunan Elman Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması bitib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Elman Quliyev 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elman Quliyev zərərçəkmiş Rafael Rəhmanovun keçmiş qayını olub.
Ətraflı

İttihamda deyilir ki, E.Quliyev zərərçəkmiş şəxsə hədə-qorxu gələrək 100.000 manat tələb edib. 

Elman Quliyevə qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rafael Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin keçmiş rəis Aydın Bəşirovun dövründə müavini olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ