Aptekdən uşaq yeməyi oğurlayan şəxs daha əvvəl də həbs olunub - Rəsmi

Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq (177.2.1 və 177.2.2) maddələri ilə məhkum olunmuş 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sözügedən xəbərlə bağlı "Qafqazinfo"nun feysbuk səhifəsində gedən müzakirəyə cavab olaraq Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev şərh yazaraq bildirib ki, həmin şəxs oğurladığı qida məhsullarını satmaq məqsədilə talayıb:

"Övladı onun himayəsində deyil. Əmələ görə onun barəsində məhkəmə qərarı ilə 20 sutka həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib. O, əvvəllər iki dəfə oğurluq əməllərinə görə məhkum edilib".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ