Bakının Binəqədi rayonunda mağazada dava düşüb.
APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Vasif Rövşən oğlu Xəlilov, 2002-ci il təvəllüdlü Hüseyn Hacıbala oğlu Yusubov, 2007-ci il təvəllüdlü Firat Zaur oğlu İbrahimli və daha iki nəfər naməlum şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı hər üç şəxs bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər iki nəfər bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.