“Tərtər işi” üzrə bəraət alanlara bu qədər təzminat veriləcək

“Tərtər işi” üzrə bəraət almış 3 hərbçiyə təzminat ödəniləcək.

APA xəbər verir ki, bu barədə hərbçilərin qaldırdığı iddialar Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin olunub.

Məhkəmədən bildirilib ki, hərbçilər - Müşfiq Əhmədliyə maddi və mənəvi ziyana görə, 123 min manat, Zaur Abdullayev və Vəli Xəlilova isə 118 min manat təzminat ödənilməsi barədə qərar qəbul olunub. Maliyyə Nazirliyi qeyd edilən məbləği bəraət almış şəxslərə ödəməlidir. Maliyyə Nazirliyi bu qərarla razı olmadığı üçün apellyasiya şikayəti verib.

Qeyd edək ki, hər üç şəxs 2017-2022-ci illərdə həbsdə olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ