Sumqayıtda qadın biznesmenin evindən külli miqdarda oğurluq

Sumqayıtda ticarət mərkəzinin sahibinin evindən 30 min dollar pul və qızıllar oğurlayan qulluqçu həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1984-cü ildə Bakı şəhərində doğulmuş Yeganə "tap.az” saytı vasitəsi ilə tanış olduğu "Ruhiyyə” Ticarət Mərkəzinin sahibi Ruhiyyənin evində xadimə işləyib. O, Ruhiyənin xəstə anasına baxıb və ev işlərini görüb.

Yeganə Ruhiyyənin anasını Bakı şəhərində yerləşən "Medical Plaza” xəstəxanasına yerləşdirən zaman oğurluq hadisəsini törədib. Olayın üstü isə "Medical Plaza” xəstəxanasına 10 min manat pul köçülməsi lazım olduğu zaman açılıb. 

Belə ki, Yeganə ümumilikdə 33 çeşiddə qızıl zinət əşyaları və 49.980 manata bərabər 29.400 ABŞ dolları pulu oğurlayaraq, zərəçəkmişə ümumilikdə 52.782 manat vurub.

Məhkəmənin qərarı ilə Yeganəyə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ