40 manata görə dostunu təhqir etdi, 150 manat cərimələndi

Gəncədə 40 manat borca görə dostunu təhqir edən şəxs 150 manat cərimə olunub.

“Qafqazinfo”nun məlumatına görə, 23 yaşlı Şəmkir sakini Fuad Cəlilov (şərti) Gəncədə 25 nömrəli məktəbin qarşısında telefonla dostuna zəng edib, ona nalayiq söyüşlər söyüb. Əsəbi halda dostunun ona olan 40 manat borcunu qaytarmasını tələb edib.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları F.Cəlilova yaxınlaşaraq onu intizama dəvət etsə də, gənc ifadələrini davam etdirib. Bundan sonra polis əməkdaşları şəxsi məcburi şəkildə polis bölməsinə aparıblar.

F.Cəlilov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinı tabe olmama) maddələri ilə protokol tərtib edilib.

Protokola baxan Gəncə Şəhər Məhkəməsi onun şəxsiyyətini, əməlini səmimi etiraf edərək, peşmanlıq keçirməsini nəzərə alaraq cərimə növündə tənbeh təyin edib. F.Cəlilov 150 manat cərimə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ