Polis Sumqayıtda uşaqlara qamçı vururan müəllimlə bağlı məsələni araşdırır

Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi E.Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.

İdarənin təhqiqat şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ