Xəbər verdiyimiz kimi, Xızıda şəhidin xanımı öz qaynı tərəfindən qətlə yetirilib.
“Baku TV”nin əməkdaşı qətlin baş verdiyi ərazidə - Giləzi qəsəbəsində olub.
Mərhumun atası Asim Məlikov hadisənin planlı şəkildə baş verdiyini iddia edib. Onun sözlərindən belə məlum olur ki, qətli törədən şəxs mərhumun mobil telefon istifadə etməsindən narazı olub.
A. Məlikov bununla bağlı deyib: “İndi hamının qızı, gəlini mobil telefondan istifadə edir. O ki, əxlaqsızlıq etməyib. Telefon işlədəndə nə olar ki?”.
Qeyd edək ki, Ləman Qurbanova şəhid Saleh Qurbanovun həyat yoldaşı olub.
Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Saleh Qurbanov Prezident İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.