Əri tərəfindən öldürülən Türkan Gündüzün son görüntüləri

Əri tərəfindən öldürülən tanınmış həkim Türkan Gündüzün meyitinin fotoları yayılıb.

Lent.az-ın məlumatına görə, yayılan fotolardan belə məlum olur ki, Türkan Gündüz yaralı halda yaşamaq uğrunda mübarizə aparıb.

Yerdə sürünən Türkan Gündüz hətta barmağına saturasiya aparatı da qoşub.

Lakin həkimin yaşamaq uğrunda apardığı mücadilə nəticə verməyib.

Qeyd edək ki, mayın 7-nə keçən gecə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində həyat yoldaşı, tanınmış cərrah Türkan Yafəs qızı Gündüzü qətlə yetirməkdə şübhəli bilinən Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik: 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ