Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır

Dünən axşam Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzildə 1982-ci il təvəllüdlü Namik İsrafilov tanışı tərəfindən qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qətlə yetirilən Namik İsrafilov tanınmış vəkil Vasif İsrafilovun qardaşıdır. Bakı şəhərində kloun kimi çalışan N.İsrafilov bir müddət imiş tək yaşayırmış.

Qeyd edək ki, fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətli törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 25 yaşlı Rəsul Ağazadə saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ