Modelyer Elnarə Bəkirova 6 apreldə qətlə yetirilən Kamran Bəkirovun cinayəti ilə bağlı Prezident İlham Əliyevə, Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
İnstaqramda canlı yayım açan iş xanımı hər kəsdən məsələnin obyektiv həll edilməsi üçün yardım istəyib.