DİN İrana xidmət edən daha bir şəbəkəni ifşa etdi - Fotolar

Azərbaycanda din pərdəsi altında cinayətkar fəaliyyət göstərən bir qrup şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir.

Belə ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil edirmişlər. Din pərdəsi altında cinayətkar fəaliyyət göstərmiş şəbəkənin əsas məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.

Sözügedən qrupun başqa üzvlərinin olduğu da ehtimal edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ