Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2023-cü ilin I rübündə ağır və xüsusilə ağır cinayətlərin açılmasında yüksək peşəkarlıq göstərmiş 136 əməkdaşın mükafatlandırıb.
Qafqazinfo-nun malumatına görə, mükafatlandırılanlar arasında bu il Bakıda “Bravo” supermarketdə, eləcə də deputat Fazil Mustafaya qarşı silahlı hücumlar zamanı cinayətkarların tutulması və zərərsizləşdirilməsində iştirak edən polis əməkdaşları da olub.
Nazir bidlirib ki, 2023-cü ilin I rübündə qanunsuz dövriyyədən 1 ton 418 kiloqram narkotik çıxarılıb. Müxtəlif kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib.