“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - video

Biləsuvarda kütləvi dava olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib.

Şahidlərin bildirdiyinə görə, bir nəfər şəxs dostları ilə birlikdə kafeyə gələrək yeyib-içən şəxslərə yaxınlaşıb. Onlara qarşı “mən buranın lotusuyam” ifadəsini işlədib. Bundan sonra iki qrup arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Şəxslər bir-birinə kafenin stulları ilə zərbələr endiriblər.

Dava zamanı iki nəfərin ağır xəsarət aldığı bildirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ