Bakıda öldürülüb quyuya atılan şəxs Elnarə Bəkirovanın atası imiş

Xəbər verdiyimiz kimi, daha öncə itkin xəbəri yayılan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

OLAY xəbər verir ki, həmin şəxs tanınmış iş xanımı, “Şərifzadə Art Center”in şəriklərindən biri rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

Xatırladaq ki, üzərində 300 min manatla itkin düşən Kamran Bəkirova küt alətlə xəsarət yetirilib, "Ləhiş bağları" ərazisindəki su quyusuna atılıb. 

10:17

Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər — əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ