Bakıda bankdan külli miqdarda pul oğurlanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Xətai rayonunda baş verib. Bankın rayondakı filialından ümumilikdə 370 min manata yaxın pul oğurlanıb (316 min manat ve 32 min dollar).
Pulun bankda depozitlərin saxlanıldığı seyfden oğurlandığı bildirilir.
Məsələ ilə bağlı bank rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda araşdırma aparılır.