Daşkəsəndə yaşlı ər-arvad öldürülüb

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Bu haqda DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il  təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub.

Qətli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Daşkəsən rayonu Mədənçilər qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ