Rəşad Dağlının cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Meyxanaçı bu maddə ilə təqsirli bilinərsə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ