Bakıda iki nəfərin güllələnməsi ilə bağlı yeni detallar - video

Bakıda silahlı insident zamanı üç nəfər yaralanıb. Məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda iki nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. “Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək”, - DİN-dən bildirilib. 

Xəsarət alanları - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ