Bakıda aparatdan 29 min manat oğurlayan şəxs kameraya düşdü - video

Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ