“Bravo”dakı silahlı insidenti törədənlərdən biri saxlanıldı, digəri məhv edildi

Bu gün Xətai rayonu ərazisində “Bravo” hipermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, polisə silahlı müqavimət göstərən bir nəfər isə məhv edilib.

Hadisəni törədənlərdən biri “Tarqovı”da Fəvvarələr meydanında tutulub. Onun həmin ərazidəki evlərdən birində xanım tanışının yanında gizləndiyi bildirilir.

Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ