Səbuhi Xanlarov həbs edildi

Tik-toker Səbuhi Xanlarov həbs edilib. 

Səbuhi Xanlarov inzibati qayda 15 sutka həbs edilib.

Onun həbs olunmasına səbəb Tik-tok sosial şəbəkəsində canlı yayım açaraq söyüş söyməsi olub.

Qeyd edək ki, bir neçə gün bundan öncə sosial şəbəkə üzərindən bir qrup “Tik-tok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar. Həmin vaxt onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və məhkmə onun barəsində 15 sutka həbs cəzası qərarı verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ