Bakıda “əsrin oğurluğu” - video

Bakı şəhərində məzəli oğurluq hadisəsi baş verib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, həyətlərin birindən velosiped oğurlayan şəxs onu sürə bilmədiyindən əvvəlcə divara çırpılıb, daha sonra yolun hərəkət hissəsində yıxılıb. 

Sonda velosipedin sahibinin gəldiyini görən şəxs ərazidən tələsik uzaqlaşmaq istəyərkən yolayrıcında avtomobilə dəyib. 

Bundan sonra o, oğurladığı velosipedi ataraq qaçıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ