İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadılıb.
Xətai Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab olunub və nəticədə onun həbs müddəti 2 ay uzadılıb.
Bundan əvvəl yanvar ayında B.Hacıyevin həbs müddəti bir aylıq uzadılmışdı.
Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.
Əlavə edək ki, B.Hacıyev CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunur.