Arvadını öldürüb polisə təslim oldu - Sumqayıtda olay

Fevralın 19-da saat 19:00 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının əri 1982–ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ