“14 yaşlı qızı öldürdüyünə görə Zauru assınlar, hamı görsün” - Atası

Fevralın 2-sində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın qeyri-rəsmi nikahda olduğu Zaur Babayev tərəfindən yaralanması və onun qızı 2009-cu il təvəllüdlü Günay Şadatovanın  öldürülməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

“Qafqazinfo” Astar TV-yə istinadən xəbər verir ki, hadisədən 3 gün qabaq Günay anası ilə birlikdə ögey atası Zaur Babayevi təcavüzlə bağlı polisə şikayət edib.

Bildirilib ki, Zaur polis bölməsində 1 gecə saxlanılıb, sonra isə sərbəst buraxılıb.

Zaur Babayev ana və qızı onu polisə şikayət etdiklərinə görə cəzalandırıb.

Zaurun atası övladının bu hərəkətinə görə hamının ondan imtina etdiyini deyib:

"O adamı indi heç kim yaxın buraxmaz, bizim belə bir evladımız olmayıb. Düzdür, bu, yaradır, insan hiss edir, amma mən o yaraya daş bağlayacam. Mən istəyərəm ki, prokurora yalvarım ki, Zauru assınlar və hamı bunu görsün.Çünki Günay heç yadımdan çıxmır".

Hadisə ilə bağlı Əfsanə Şadatovanın qonşusu və Zaur Babayevin atasının fikirlərini təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ