Orxan anasını istədiyi qızı almadığı üçün öldürüb - VİDEO

Xırdalanda 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə 1998-ci il təvəllüdlü oğlu Orxan Hüseynzadə tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Baku TV xəbər verir ki, hadisə zamanı Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub.

Oğulun anasını istədiyi qızı ona almadığı üçün öldürdüyü iddia olunur.

Məlumata görə, Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən məktəblərin birində müəllim işləyirmiş.

Daha ətraflı süjetdə:

10:34

Fevralın 19-da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadənin xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. 

APA yazır ki, Orxan Hüseynov anasına  21 bıçaq zərbəsi vurub. Daha sonra o, xüsusi amansızlıqla anasının bədən üzvlərini ayıraraq sellofan torbalara yığıb.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ