Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Kamran Quliyev saxlanılıb.

DİN-dən verilən məlumata görə, onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Araşdırmalar zamanı Kamran Quliyevin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşı ilə əlbir olduğu və onun pul müqabilində narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. Kamran Quliyevin həmçinin sosial şəbəkələrdə gənclər arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib.

Faktla bağlı Kamran Quliyevin barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ