Bakıda kütləvi dava, ölənlər var

Bakıda kütləvi davada bıçaqlanan daha bir nəfər həyatını itirib.

Nizami Rayon Prokurorluğunun verdiyi məlumata görə, fevralın 11-i saat 02 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmanın gedişində altı nəfərin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə cinayət işi başlanılıb.

İş üzrə dörd nəfər şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ