Bakıda moped oğurları ələ keçdi - video

Bakıda moped oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə moped oğurluğu ilə məşğul olan dəstə üzvləri Vüsal Nağıyev, Elgün Abbasov və yetkinlik yaşına çatmayan daha bir şəxs saxlanılıb.

Müəyyən edilib ki, dəstənin başçısı Vüsal Nağıyevdir. O, əvvəlcədən oğurluq məqsədilə qrup yaradaraq metronun “Azadlıq” stansiyasının yaxınlığında yerləşən iaşə obyektlərində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif şəxslərə satıb. Oğurluq mopedləri almaqda şübhəli bilinən Rəşad Nəsirov və Salman Abıyev də saxlanılıblar. Həmin şəxslərdən maddi sübut qismində oğurlanan mopedlər aşkar olunaraq götürülüb. Vüsal Nağıyev və digərlərinin törətdikləri oğurluq hadisələri videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Qrup üzvlərinin Bakının digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir. Həmin şəxslər barəsindəki materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ