Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası tutulub.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxsin 1999-cu il təvəllüdlü T.Əkbərova olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, yenidoğulmuş uşaq ölü halda asfaltın üstündə tapılmışdı.