Şəmkirdə qardaş bacısını öldürdü

Şəmkirdə qardaş bacısını qətlə yetirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Sabirkənd kəndində baş verib.

31 yaşlı kənd sakini Şahiq Şərəfli 1995-ci il təvəllüdlü bacısı Qənirə Şərifovanı bıçaqla qətlə yetirib.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

“İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ