“Wolt”un kuryerləri narkotik daşıyırmışlar - video

Bakıda qanunsuz narkotik dövriyyəsi ilə məşğul “Wolt” şirkətinin kuryerləri saxlanılıb.

Saxlanılan Sübhan Qəhrəmanov və Elgün Quliyevin üzərində şəxsi axtarış aparılan zaman 6 qrama yaxın marixuana aşkar edilib. İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib.

Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib.

Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ