Bakıda qətlə yetirilən 14 yaşlı Günayın - Fotosu

Fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatova bıçaqlanıb.

Həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Buta.media “Qafqazinfo”-ya istinadən qətlə yetirilən Günayın fotosunu təqdim edir.

Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Xatırladaq ki, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib. O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb. Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ