Azərbaycanda ali məktəbdə əməliyyat keçirilib, dekan saxlanılıb

Azərbaycan Dövlət Aqrar Universitetində Baş Prokuror yanında Korrupsiya İdarəsi əməliyyat keçirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiq ediblər.

“Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Yerli KİV qeyd edir ki, əməliyyat zamanı universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ