Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub. N.Nərimanov küçəsində - məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.
O, xəstəxanaya aparılıb və qolu gipsə qoyulub.
Hadisə ilə bağlı polisə məlumat verilib. Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.