Özbəkistanda Rafet Əlibayramlinski saxlanıldı: Kriminal avtoriteti ABŞ və Rusiya axtarır

Özbəkistanda hüquq-mühafizə orqanlarının əməkdaşları İnterpol xətti ilə axtarışda olan 43 yaşlı kriminal avtoritet Rafet Əmirovu  (Əlibayramlinski) saxlayıblar. 

Bu barədə “Prime Crime” nəşri məlumat yayıb.

Əmirov 2010-cu ildə Moskvada 32 yaşlı Əli Babayevin qətlində əli olmaqda şübhəli bilinir. 

Amerika Əmirovu İran hökumətinin sifarişi ilə İran əsilli amerikalı hüquq müdafiəçisi Məsih Əlinejadın öldürülməsini təşkil etməkdə ittiham edir. Mənbənin sözlərinə görə, bu işdə Rafetin şəriki Polad Ömərov olub. Polad və Rafetin sifariş etdiyi qatil qurbanını öldürəməkdən öncə zərərsizləşdirilib və sifarişçilərin adlarını çəkib. Polad Ömərov yanvarın 4-də Çexiyada saxlanılıb.

Rafet “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yaxınlarından olub. O, Türkiyədə qətlə yetirildikdən sonra Əmirov da digər avtoritetlər tərəfindən kriminal aləmdən uzaqlaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ