23 dekabr 2022-ci ildə dünyanın məşhur nəşrlərinin xəbər lentləri fırıldaqçı və qatil Çarlz Sobracın Nepalda sərbəst buraxılması ilə bağlı xəbərlərlə dolu idi. Bir vaxtlar onu Tom Ripli və Hannibal Lekterin qarışığı adlandırırdılar. Müəyyən mənada, o, həqiqətən, qurbanlarla qidalanan və hətta onların dərisini özünə çəkən adamyeyən idi. Düzdür, yalnız məcazi mənada. Buta.media 20-ci əsrin ən sirli qatillərindən birinin hekayəsini təqdim edir.
Böyük uğursuzluq
Bu, tarixin ən böyük cinayəti olmalı idi: onlarla turistə narkotik vurub soymaq! Heç kim belə möhtəşəm bir soyğunçuluq etməyə cəsarət etmədi. Çarlz Sobracdan başqa. Lakin böyük cinayət şousunun premyerası baş tutmayıb.
Hesablamalar düzgün deyildi. Narkotiklər fransız tələbələrə eyni zamanda təsir etmədi. Ayıq olan tələbələrdən bir neçəsi öz bələdçilərini və onun köməçilərini bağlayaraq Yeni Dehli polis bölməsinə aparıblar. Həmin zaman, 1976-cı ilin iyulunda, çətin ki, Hindistan hüquq-mühafizə orqanlarının əməkdaşları onların qəfəsinə hansı “quşun” düşdüyünü biliblər.
Əgər 20-ci əsrin ən vicdansız cinayətkarlarını sıralasanız, Çarlz Sobrac mütləq ən yüksək sıralardan birini tutacaqdır. Onun cinayət ehtirası birbaşa insanları manipulyasiya etmək sahəsinə aid idi. Onun özünə daha çox nəzarət, hiylə və mürəkkəb qətl prosesi xoş gəlirdi.
Sobraca çox vaxt manyak deyirlər. Onun qurbanlarının sayı hələlik məlum deyil. 10 nəfərdən 30 nəfərə qədər rəqəmlər göstərilir, baxmayaraq ki, özü heç bir cinayəti etiraf etməyib. Bəziləri Vyetnam əsilli fransızın bu dəhşətli əməllərinə az qala gizli motivlər bağlayır, lakin görünür, o, sadəcə olaraq öz məqsədinə çatmağı sevirdi və bu yolda heç nə düşünmürdü.
“Mən və Çarlz” filmindən kadr
Uşaqlıq
Sobrac 6 aprel 1944-cü ildə Vyetnamda anadan olub. Onun atası Hindistandan olan və Sayqonda işləyən uğurlu dərzi, anası isə Sonq adlı qadın idi. Atası uşaq olan kimi anasını Sobracla birgə evdən qovub.
Tezliklə Birinci Hind-Çin Müharibəsi başlayıb və qadın Vyetnamın paytaxtını tutan Fransız qüvvələrinin əsgəri Alfonso Duro ilə görüşməyə başlayıb. Gənclər qısa zamanda ailə qurublar. Bunun sayəsində körpə Fransa vətəndaşlığını alıb. Xaç suyuna salındıqdan sonra şərq adına Hetchend Bhaonani Gurumukh adına fransız adı Şarl və ya ingiliscə Çarlz əlavə edilib.
O, altı-yeddi yaşında Parisə gəlib. Döyüş meydanında aldığı xəsarətlərdən sonra psixi problemləri olsa da, ögey ata ögey oğlu ilə yaxşı davranıb. Bununla belə, Duro və Sonqun öz uşaqları olanda Çarlz evdə özünü lazımsız hiss edirdi.
Sobracın sözlərinə görə, anası onu bütün həyatı boyu həmin hindli dərzi ilə ayrıldığına görə günahlandırıb və övladlığa götürən atası mehriban olsa da, səmimi valideynlik hissləri nümayiş etdirməyib.
Sobrac başqalarını manipulyasiya etmək qabiliyyətini ilk dəfə on yaşında, kiçik ögey qardaşlarından birini mağazadan oğurluq etməyə məcbur edərkən göstərib. “Mən həmişə lazım olanı edəcək bir axmaq tapa bilərəm”, - o anasına deyib.
Çarlz Sobrac 1956-cı ildə
Əyri yol
İlk üçillik həbs cəzasını Sobrac 1963-cü ildə silahlı soyğunçuluğa görə Fransada yaşadı. Azadlığa çıxandan üç il sonra o, yenidən həbsxanaya düşdü - bu dəfə maşın oğurluğuna görə.
Məktəb müəllimləri Sobracı çox ağıllı, lakin tamamilə idarəolunmaz uşaq kimi xarakterizə edirdilər. Yaşla, o, həm özünü, həm də başqalarını idarə etmək bacarığını inkişaf etdirdi. 1970-ci illərin əvvəllərində Çarlz, nəhayət, Asiyaya gedə bildi. Yeniyetmə dövründə gəmidə gizlənib Asiyaya qaçmaq istəyən Sobrac hər dəfə tutulub.
Sobracın ilk qətlini 1972-ci ildə Pakistanda törətdiyi güman edilir. Bu işin təfərrüatları qaranlıq olaraq qalıb, yalnız həmin vaxt hansısa taksi sürücüsünün öldüyü məlumdur. Elə həmin il Çarlz Əfqanıstanda soyğunçuluğa görə həbs olunub. Onun cinayətkar istedadı artıq özünü büruzə verirdi.
Sobrac özünü pis hiss etdiyindən şikayət edib, daha sonra xəstəxanada mühafizəçiyə narkotik verərək qaçıb. Düzdür, həmin 1972-ci ildə o, yenidən qonşu İranda həbsxanaya düşüb və bir il həbsdə qalıb.
Çarlzın cinayətləri, ən azı hüquq-mühafizə orqanlarının bildiyi cinayətlər bir-birlərinə toyuq yumurtaları kimi bənzəyirdi. O, başqa bir diqqətsiz turistin etibarına sığınaraq, ona ucuz qiymətə qızıl-zinət əşyaları almağa kömək edəcəyini vəd edib, sonra qonaqlıq verib və bu zaman turistə narkotik qatışdırdığı spirtli içkini içirdin və onu soyub. Zaman keçdikcə Sobrac təkcə pul və qiymətli əşyaları deyil, həm də qurbanlarının pasportlarını da əlindən alırdı.
1973-cü ildə Sobrac quldurluq etdiyi üçün Yeni Dehli polisi tərəfindən həbs olunub. Cinayəti törədən şəxs yenə də özünü xəstə kimi göstərib və xəstəxanadan qaçır. İki il sonra o, Afinada görüntülənib və burada yenidən quldurluq üstündə tutulub. Çarlz bu dəfə polis mikroavtobusunu yandıraraq qaçıb.
1975-ci ilə qədər o öz işinin xəttini çəkib - narkotiklə qurbanını öldürmək, onların cəsədlərini yandırmaq və polisə tərəfindən tutulmamaq üçün sənədlərini oğurlamaq.
Deyəsən, Sobrac “Centlmenı udaçi” sovet komediyasından məşhur düstura əməl edib: “Oğurladı, içdi və həbsə getdi!”. Düzdür, son tezis “həbsxanaya getməyi” Sobrac heç xoşlamırdı. Çarlz gözəl qadınları və gözəl həyatı sevirdi. Deyirlər ki, Fransada onun onlarla məşuqəsi var idi və Sobrac onlarla eyni vaxtda görüşürdü. O, həm də bahalı restoranları, bahalı otelləri sevirdi.
“BBC” və “Netflix”in birgə istehsalı olan “İlan” serialından kadr
Hippi cığırı
60-70-ci illərdə Əfqanıstan, İran, Hindistan və Cənub-Şərqi Asiya ölkələri Qərb turistləri arasında inanılmaz dərəcədə populyar idi. Buraya hətta tələbələr belə ucuz tur ala bilirdilər, bu bölgənin qədim sivilizasiyalarının mənəvi xəzinələri isə “The Beatles” və o illərin digər məşhurlarının nümunəsindən ilhamlanaraq on minlərlə hippini cəlb edirdi. Avropadan bu ölkələrdən keçən marşruta hətta “hippi cığırı” adlandırırdılar.
Avropalılar və amerikalılar təkcə hindu qurularının açıqlamaları ilə maraqlanmırdılar. Çoxları ucuz dərmanlar və evdə bir neçə dəfə baha qiymətə satılacaq qiymətli daşlar üçün Taylanda və Hindistana gedirdi.
Otuz yaşına qədər Sobrac beş dil öyrənmişdi və maraqlandığı insanla asanlıqla dostluq etməyi bilirdi. Gənc cinayətkar şərq döyüş sənəti ilə maraqlanırdı, ünsiyyətdə son dərəcə cazibədar və xoş idi. Üstəlik, o, üçün əvəzolunmaz bir qabiliyyətə sahib idi – insanın gözünün içinə baxıb yalan danışmaq və heç vaxt özünü itirməmək.
Sobracın qanlı cinayətləri 1975-ci ilin sonunda başlayır. Ən azından polis onun bu ölümlərdə əli olduğuna əmindir. Çarlzın özü həmişə iddia edirdi ki, onun adı ilə bağlı olan bütün ölülər, həddindən artıq dozada narkotik qəbulu səbəbindən vəfat ediblər, və ya onların ölümləri ilə heç bir əlaqəsi yoxdur. Sonralar bəziləri onu hippilərə nifrətdə ittiham ediblər, turistlərin qətliamını isə ritual adlandırırdılar.
Bu cür ifadələr fırıldaqçı və qatilin amansız reputasiyasına təsir edirdi, lakin o, sadəcə gözəl həyatı sevirdi və cinayət bu həyat üçün pul qazanmağın ən asan yolu idi.
Kabildə hippilər, 1973
Bikini-qatil
Bu ad Tayland mediasında bir balıqçının Pattaya kurortunda çimərliklərin birində sudan bikinili qadın cəsədi çıxarmasından sonra yayılmağa başlayıb. Onun şəxsiyyətini müəyyən edə bilmədilər, sadəcə qadının Qərbdən gəldiyi məlum idi. İki ay sonra həmin çimərliyin yaxınlığındakı kolluqlarda başqa bir qadın cəsədi tapıldı. Onun şəxsiyyətini də müəyyən etmək mümkün olmayıb, yenə də qadının Avropa və ya ABŞ-dan gəldiyi aydın olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarını ən dəhşətli tapıntı bir neçə gün sonra gözləyirdi. Pattaya yaxınlığında bir kişi və bir qadının cəsədi aşkarlanıb.
Cəsədlər tapılan zaman onlar hələ də yanırdılar. Bu, dəhşətli cinayət idi
Alan Douson
“Bangkok Post”un müxbiri
Məlum olub ki, ölənlərə narkotik maddə verilib, döyülüb və boğularaq qətlə yetirilib, sonra isə diri-diri yandırılıblar. Mərhumların üzləri odla tanınmayacaq hala salınıb. Və yenə də şəxsiyyəti müəyyənləşdirməyə kömək edəcək heç bir sənəd tapılmayıb. Yeganə ipucu qadının paltarının üzərində “Made in Holland” yazısı olan möcüzəvi şəkildə qorunub saxlanılan etiket olub.
Yalnız bundan sonra Tailand müstəntiqləri bir nəfərin cinayəti ilə məşğul olduqlarını başa düşdülər. Düzdür, onlar hesab edirdilər ki, yerli sakinlərdən biri turistləri öldürür, çünki xaricilər ölkədə demək olar ki, ağır cinayət törətmirdilər. Xüsusilə belə qanlı olanlar.
Katmanduda turizm rayonu, 1973
1500 kilometr
Bu vaxt Sobrac artıq Pattayadan 1500 kilomatr uzaqda idi - Katmanduda. Tezliklə şəhərin kənarında iki avropalının meyiti tapılıb. Onların üzləri yanmışdı. Qurbanların hoteldəki qonşuları bildiriblər ki, ölümlərindən bir müddət əvvəl onlar Fransadan olan qiymətli daş satıcısı Alan Qotye ilə tanış olublar.
Bu adda bir adam Katmanduda heç bir hoteldə qalmayıb, lakin mehmanxanaların birinin administratoru oxşar təsviri olan bir adamı xatırlayıb. Tezliklə Nepal paytaxtının polisi bu təsvirə uyğun Hollandiya vətəndaşı olan Karl Gesseli saxlayıb.
O, həyat yoldaşı İda Boşla səyahət edirdi və Qotye olduğu maşına oxşar avtomobil sürürdü. Lakin ölənin qonşusu onu tanımayıb və əcnəbilər tezliklə sərbəst buraxılıblar. Sobracın başqa bir cinayət istedadı görünüşü və davranışını dəyişdirmək bacarığı idi.
Nepal mədəniyyəti istənilən qonaqlara, xüsusən də əcnəbilərə hörmətlə yanaşır. Əvvəldən ona heç bir şübhə etmədən yanaşırdıq.
Bişvalal Şrista
Hadisəni araşdıran Katmandu polis detektivi
Konni Co Bronziç və Loran Karyer - Katmanduda Sobrac tərəfindən öldürülən şəxslər
Ölənlərin adları
Eyni zamanda, Hollandiyanın Banqkokdakı səfirliyinə iki vətəndaşın - Karl Gessel və İda Boşun itkin düşməsi barədə məktub daxil olub. Gənc diplomat Herman Knippenberg bu hadisəni araşdırmağı öhdəsinə götürdü. İtkin düşməzdən əvvəl hollandlar qohumlarına yazırdılar ki, qiymətli daşların gözəl fransız satıcısı ilə tanış olublar.
Fransız çox mehriban idi, onlar üçün əla şam yeməyi təşkil etdi və sonra onları evinə qonaq çağırdı. Lakin onun kömək etmək istəyinin tam səmimi olduğuna əmin deyildilər. Onun qonaqpərvərliyinin başqa bir motivi olduğundan şübhələnirdilər.
Herman Knippenberq
1970-ci illərdə Banqkokdakı Hollandiya səfirliyinin əməkdaşı
Diplomat fransız zərgər məmulatları satıcısı Alan Qotyeni və onun həyat yoldaşı Mari Lekleri tanıyan Nadini tapıb. Sonuncu Qotyen və yoldaşı ilə eyn binada yaşayırdı. Qadın dostları arasında çox qəribə münasibət olduğunu deyib və bir dəfə Lekler bir dəfə ona açıqlayıb ki, “Alan getməyə çalışsam, məni öldürəcək deyir”. Düzdür, o, sonradan sözlərini zarafat adlandırıb.
Ancaq onların mənzilinə girən zaman Nadin orada müxtəlif adlar üçün çoxlu pasportlar, zinət əşyaları, şprislər və dərmanlar olan bir çamadan görüb. Üstəlik, o xatırlayıb ki, Qotye və Leklerin görüşdüyü bir çox avropalı sonradan yoxa çıxıb.
Knippenberq başa düşüb ki, nəzarətdən çıxan bir fırıldaqçının işi ilə məşğuldur. Sonda Sobracı ifşa edən də o oldu. Düzdür, onun cinayətkara qarşı birbaşa sübutu yox idi.
Məlum olub ki, fransız fırıldaqçı 3 nəfərdən ibarət dəstə yaradıb və bu dəstəyə özündən əlavə kanadalı Mari-Andre Lekler və hindistanlı Acay Çoudri də daxildir. Qadın farmakologiyanı yaxşı bilirdi və Çoudri isə qatil idi.
Pattaya və Katmandudakı qətllərdən sonra üçlük dəfələrlə həbs olunub, lakin mütləq soyuqqanlılıq və daimi şəxsiyyət dəyişikliyi onlara hər dəfə bu işdən qurtulmağa kömək edirdi. Bundan başqa, 1970-ci illərdə müxtəlif ölkələrin polisləri İnterpol çərçivəsində bir-biri ilə əməkdaşlıq etsələr də, məlumat mübadiləsi çox uzun çəkirdi. Məsələn, Tailand və Nepalda baş verən cinayətləri silsilə qətllər kimi müəyyən etmək tez bir zamanda mümkün olmayıb, və yalnız Knippenberqin işə qarışmasından sonra cinayətlərin üstü açılıb.
Herman Knippenberq, 1975
20 il həbsxanada
1976-cı ilin mayında Sobracın həbsi üçün İnterpolun orderi verildi. O vaxta qədər vətəni Fransaya getməyi bacaran cinayətkar artıq Hindistana qayıdıb, burada yeni dəstə yaradıb - ortaqlarına Qərbdən iki qadın əlavə edilib: Barbara Smit və Meri Ellen İter. O yeni şəriklərini Bombeydə tapıb. Elə orada fransız Jan-Lük Solomon öldürülüb və qarət edilib.
Daha sonra 60 fransız turist qrupunun zəhərlənməsi baş verib. Sobrac saxlanılıb. Smit və İter hər şeyi etiraf ediblər. Çarlz Sobrac Solomonun qətlində də ittiham olunurdu, lakin 1982-ci ildə kifayət qədər dəlil olmadığı üçün ittiham rədd edilib. 1976-cı ildə məhkəmə dələduz qatili 12 il müddətinə azadlıqdan məhrum edib.
Bununla belə, yekunda Sobrac özünü əla hiss edirdi. O, sadəcə sonuncu nəzarətçidən tutmuş rəisə qədər bütün işçiləri satın almışdı. Onun kamerasına daha yaxşı yemək və içkilər gətirilirdi, televizor və telefon quraşdırılmışdı. Bir sözlə, həbsxana həyatı çox rahat keçirdi.
Düzdür, daha bir hadisə var idi. 1986-cı ildə Çarlzın azadlığa çıxmasına iki il qalmışdı. Tailand hakimiyyəti onu dörd turistin qətlində ittiham etməyə hazırlaşırdı və bu, artıq ömürlük həbs cəzası demək idi. Belə bir perspektiv Sobracın heç xoşuna gəlmirdi. Və o çıxış yolunu tapdı. Mart ayında Çarlz mühafizəçilər üçün ziyafət təşkil etdi və orada öz hiyləsindən işə saldı – onların içkisinə narkotik qatıb qaçmağı bacardı.
Lakin Sobrac gizlənmək üçün qaçmamışdı. Çarlz 6 aprel 1986-cı ildə 42-ci ad günündə Qoada saxlanıldı. O, sakitcə bahalı restoranda nahar edirdi və asayiş keşikçiləri yaxınlaşanda dərhal təslim oldu. Məhbusları zəhərlədiyinə görə qaçaq müddəti uzadılmalı və daha bir neçə il artırılmalı idi. Hesablama mükəmməl idi. Sobrac 1997-ci ildə, Pattayadakı cinayətlərin üstündən iyirmi illik müddətdən iki il keçdikdən sonra azadlığa çıxdı.
1986-cı ildə həbs olunduğu Qoadakı “O'Coqueiro” restoranında Sobracın heykəli
Azadlıq və azadlıqsızlıq
Çarlz Fransaya qayıtdı və məşhur həyatı yaşadı. Onun haqqında bir neçə kitab və filmlər nəşr olunub. O, sərgüzəştlərinin film hüquqlarını rəsmi olaraq 15 milyon dollara satdı və müsahibələr üçün beş-yeddi min pul götürdü.
Sobrac televiziyaya çıxdı və orada həqiqətən turistlərə narkotik verdiyini və onlardan qiymətli əşyalar və sənədləri oğurladığını etiraf etdi, lakin qətllərdə iştirakını təsdiqləmədi və ya intriqanı saxlamaq üçün suallardan qaçdı.
Bu, 2003-cü ilə qədər, Sobrac qəfil Katmanduda görünməsinə qədər davam etdi. Bu, onun bütün tarixinin əsas sirridir. Nepalda ona qarşı iş hələ də açıq idi və o, bu barədə bilirdi. Tezliklə o, paytaxt kazinolarından birində saxlanılır və 1975-ci ildə ikiqat qətlə görə ömürlük həbs cəzasına məhkum edilir. Deyirlər ki, o, saxlanılmazdan əvvəl qumar evində 200 min dollar uduzub.
Bundan sonra o, Qərb jurnalistlərinə bir neçə müsahibə verib. Nepala səfəri barədə o, Jan Vellmana deyib ki, fransız prodüser şirkəti tərəfindən sifariş əsasında yerli sənətkarlıq haqqında film üçün material toplayırdı. Onu da qeyd etmək lazımdır ki, Sobrac, həqiqətən də Pakistanda daha əvvəl də oxşar işləri görüb və hətta ustalarla söhbətinin kadrları var.
2010-cu ildə Sobracdan müsahibə almağı bacaran GQ yazıçısı Endryu Entoniyə o, tamam başqa, daha həyəcanlı bir hekayə danışıb. Çarlzın sözlərinə görə, o, Katmanduya “Taliban”la silah sövdələşməsini təşkil etmək üçün gəlib, çünki guya o, hərəkatın liderlərindən birini tanıyır. Bundan əlavə, Çarlzın CIA-da işlədiyi iddia edilir.
Terrorla mübarizədə həyatımı riskə atdım. Məxfi olduğum üçün mənə kömək edə bilmədilər.
Çarlz Sobrac
Andryu Enthoni ilə müsahibə
Çarlz Sobrac Yeni Dehlidə həbsxananı tərk edir, 1997
Böyük yalançı
Sobracın sözlərinə inanmalıyıqmı? Yəqin ki, əbədi olaraq açıq qalacaq bir sual. Ondan dəfələrlə cinayətlərin motivlərini soruşmağa çalışıblar. Hər dəfə yeni versiyalar irəli sürür. Bəziləri üçün o, hər şeyin çətin bir uşaqlıqdan bəhs etdiyini, digərlərinə isə bu şəkildə “Fransa hakimiyyəti ilə vuruşduğunu” deyib. Sonra CIA və terrorçular haqqında hekayələr ortaya çıxdı.
21 dekabr 2022-ci ildə Sobrac azadlığa buraxıldı. O, demək olar ki, Nepalda ömürlük hesab edilən 20 illik həbs cəzasını çəkdi. Bundan əlavə, 78 yaşlı cinayətkarın səhhəti pisləşməyə başlayıb. 2018-ci ildə o, bir neçə ürək əməliyyatı keçirib.
Bununla belə, Çarlz Sobrac açıq şəkildə özünü ititrməyib. Həbsxanadan çıxan kimi o, Netflix və Nepalı məhkəməyə verəcəyini açıqladı. Striminq xidməti 2021-ci ildə “İlan” mini serialına görə məhkəməyə veriləcək. Çarlz bildirib ki, film keyfiyyətsizdir və bundan başqa, onun haqqında göstərilənlərin 70 faizi yalandan ibarətdir.
Nepal Respublikası isə guya Sobracın qeyri-qanuni olaraq məhkum edilməsinə görə ödəməlidir. O, hələ də iddia edir ki, 2003-cü ilə qədər heç vaxt bu ölkənin ərazisində olmayıb və 1975-ci ildə Katmandu kənarında öldürülüb yandırılan Konni Co Bronziç və Loran Karyerin qətli ilə heç bir əlaqəsi yoxdur.
Mari Lekler və Çarlz Sobrac
Tövbə mövzusu fırıldaqçının Katmanduda həbsindən sonra verdiyi ifadələrin yeni leytmotivinə çevrilib. Hər müsahibəsində o, “həyatında çox pis işlər gördüyünü və bütün bunları keçmişdə həmişəlik tərk etmək istədiyini” deyir. Ancaq Çarlz Sobracın hekayəsi hələ başa çatmayıb və yalnız ümid etmək olar ki, orada yeni qurbanlar görünməyəcək.