Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:
“Bu hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Faktla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, həmin şəxsin “TikTok”da polisi təhqir etdiyi iddia olunur.