Polisə "öz obyektimizdi" deyib oğurluq etdilər

“Sədərək” ticarət mərkəzində yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. 

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər. 

Oğurluq edən şəxslər Səxavət Məmmədov və İsmayıl Əzizovdur.

Belə ki, onlar polislərin yanğını söndürməsinə başı qarışdıqlarını güman edərək mağazalardan birindən bir ədəd bahalı televizoru "Qazel" markalı avtomobilə qoyub oğurlamaq istərkən polislər tərəfindən tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ