Azərbaycan ordusunda xidmət etməkdən imtina etdiklərinə görə həbs edilən “Yehova şahidləri” dini təriqətinin üzvləri Röyal Kərimov və Seymur Məmmədov qardaşları Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad ediliblər.
Bundan əvvəl bildirilmişdi ki, Azərbaycan məhkəməsi Seymur Məmmədovun alternativ dövlət qulluğuna təyin edilməsi ilə bağlı ərizəsini təmin etməyib. O, 2022-ci il sentyabrın 22-də təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum edilib. 2022-ci il dekabrın 12-də Gəncə Apellyasiya Məhkəməsi cəzanın həbsdən şərti cəzaya dəyişdirilməsi barədə qərar çıxarıb. Seymur hazırda azadlıqda olsa da, hökmün ləğvi vəsatəti ilə Azərbaycan Ali Məhkəməsinə müraciət edir.
Röyal Kərimov 2022-ci il mayın 30-da çağırış vərəqəsi alıb, lakin o, vicdan səbəbilə hərbi xidmətdən imtina edib və alternativ mülki qulluğa təyin olunmasını istəyib. 25 iyul 2022-ci ildə həbs edildi, kazarmada saxlandı və 1 noyabr 2022-ci ildə sərbəst buraxıldı.