Sumqayıtda şəhidin lövhəsini oğurlayanlar tutuldu

Sumqayıtda şəhidin xatirə lövhəsini oğurlayanlar tutulub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, noyabrın 29-na keçən gecə Sumqayıt şəhəri 1-ci mikrorayondakı binaların birində şəhid şəkli olan lövhənin qeyri-aşkar şəraitdə sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.
Ətraflı

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Qeyd edək ki Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Rahib Babayev 1985-ci ildə anadan olub, 3 uşaq atası idi. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərən zabit "Canavar" postunun alınmasında iştirak edib və sentyabrın 30-da həlak olub. Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ