Bakıda küçədə keçmiş əri tərəfindən öldürülən qadınla bağlı yeni detallar - foto

Paytaxtın Xətai rayonunda 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə yeni məlumatlar məlum olub.

Qafqazinfo-nun məlumatına görə, R.Qəribovanı öldürən keçmiş yoldaşı İlqar Qəribov mərhumun bibisioğlu imiş.

Qeyd edək ki, R.Qurbanova saç ustası işləyirmiş.

Xatırladaq ki, zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İ.Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ